Rusiya Federasiyasının Dağıstan Respublikasında 400-ə yaxın Azərbaycan vətəndaşı 4 gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gununsesi.info bildirir ki, bu barədə “abzas.net”ə saxlanılanlardan biri məlumat göndərib. Mənbə bildirir ki, artıq 4 gündür onlar Dağıstan Miqrasiya Xidməti tərəfindən saxlanılanlar Dərbənd şəhərində saxlanılırlar. Onlardan külli miqdarda pul tələb edildiyi iddia olunur.
Onlar deyirlər ki, indiyə qədər nə səfirlikdən, nə konsulluqdan onların vəziyyəti ilə maraqlanan olmayıb.
Mənbənin bildirdiyinə görə, ora gedən azərbaycanlıların sənədləri qaydasında olmadığına görə saxlanılıblar: “Faktiki olaraq bizi 4 gündür həbsdə saxlayırlar. Bizim sənədlərimiz qanunsuz ola bilər, amma bu o demək deyil ki, bizi məhkəmə qərarı olmadan həbsdə saxlamaqları qanunidir. Sənədlərimiz yerində deyil ölkədən çıxarsınlar, deportasiya etsinlər, amma burada bizdən böyük məbləğdə pul tələb edirlər və belə pis şəraitdə saxlayırlar”.
Gununsesi.info