Dağıstanda kütləvi davada qan töküldü: Sərnişin qıza edilən irad səbəbindən – VİDEO

  • By admin
  • 18 Noyabr 2019 10:07

Dağıstanda kütləvi dava zamanı gənc oğlan bıçaq yarası alıb. Davanın şahidlər tərəfindən çəkilmiş videosu sosial şəbəkələrdə yayılıb.

Gununsesi.org Ria Novosti-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, hadisənin səbəbi tibb kollecinin tələbəsi olan qızın özünü avtobusda qaydalara uyğun aparmaması olub. Həmin avtobusda sərnişin olan gənc adam onu düzgün davranışa dəvət edib. Cavabında qız sərnişinə kobudluq edib. Daha sonra isə qız sevgilisinə ondan şikayət edib.

Bundan sonra sevgili həmin sərnişini tapıb və onunla “kişi kimi danışıb”. İki nəfərin qarşıdurmasına daha onlarla adam qarışıb və bu kütləvi davaya çevrilib.

RİA-nın məlumatına görə, 17 yaşlı Mahaçqala sakini 18 yaşlı rəqibini bıçaq zərbəsi ilə yaralayıb. Daha sonra o, silahı ataraq gizlənməyə müyəssər olub.

Yaralı xəstəxanaya yerləşdirilib.