Dağıstanda məhkumlar qiyam qaldırdı - VİDEO

  • By admin
  • 20 Sentyabr 2019 20:31

Rusiyanın Dağıstan Respublikasında Tyube qəsəbəsindəki 7 saylı ümumi cəzaçəkmə müəssisəsində məhbuslar qiyam edib.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, “kriminal submədəniyyəti dəstəkləyən” bir qrup şəxs digər məhbusları koloniya rəhbərliyinə itaətsizliyə və rejimin pozulmasına cəlb etməyə çalışıb.

HTML tutorial

Həbsxana rəhbərliyinin və prokurorluq əməkdaşlarının məhkumlarla danışıqlarından sonra heç bir fiziki güc tətbiq etmədən iğtişaşın qarşısı alınıb və vəziyyət sabitləşib.

 

 

 

Gununsesi.org