Dağıstanda səfərbərliyə ETİRAZ

Dağıstanda səfərbərliyə etiraz edən sakinlər Xasavyurt-Mahaçqala magistralını bağlayıblar.

Gununsesi.info xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Xasavyurt rayonunun Endriy qəsəbəsinin sakinləri hərbi xidmətdən qayıdan gənclərə çağırış vərəqinin verilməsinə etiraz ediblər. Onlar bu məqsədlə magistralı bağlayıblar.

HTML tutorial

Polis aksiyanı dağıtmaq üçün havaya atəş açıb.

Qeyd edək ki, bir neçə gün öncə Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb.

Gununsesi.info