Dağıstanda terror cəhdi: 12 nəfər ələ keçdi

  • By Günel
  • 07 Dekabr 2024 23:52

Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran dəstənin 12 üzvü tutulub.

Gununsesi.info Globalinfo.az – a istinadən xəbər verir ki, bölgədə FSB əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

“FSB-nin Dağıstan Respublikası üzrə İdarəsinin əməkdaşlarının Dağıstan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatının məxfi dəstəsinin 12 üzvü müəyyən edilib. Böyük terror aktı törətməyi planlaşdıran şəxslər saxlanılıb”, – məlumatda deyilir.

Şübhəlilərin yaşayış ünvanlarında aparılan axtarışlar zamanı atıcı silahlar, hər birinin tutumu 1 kq trotil olan 2 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, onların hazırlanması üçün komponentlər, ümumi çəkisi 1 ton olan 20 kisə ammonium nitrat və döyüş sursatı aşkar edilərək götürülüb.

Cinayət işi başlanıb.

Gununsesi.info