Dağıstanda terror törətmək istəyən İŞİD tərəfdarı saxlanılıb

  • By admin
  • 18 Sentyabr 2019 19:36

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstanda İŞİD tərəfdarına qarşı əməliyyat keçiriblər.

Gununsesi.org-un Milli Antiterror Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saxlanılan İŞİD tərəfdarı Dağıstanda hakimiyyət və güc orqanlarının əməkdaşlarına qarşı terror aktı törətməyi planlaşdırıb.

HTML tutorial

Dağıstanın Tarumovski rayonundakı meşə massivində həmin şəxsə məxsus böyük gücə malik əldə qayırma partlayıcı qurğu aşkar edilərək götürülüb.

Bildirilib ki, saxlanılan şəxs 2000-ci il təvəllüdlü Rusiya vətəndaşıdır.

 

 

Gununsesi.org