
Rusiyanın Dağıstan Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, “VАZ-2106” markalı minik avtomobili “Mitsubishi Lancer” markalı minik maşını ilə toqquşub.
Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.