Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorizmdə ittiham olunurlar

  • By ilhame
  • 08 İyul 2024 21:13

Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçılarını terrorizmdə ittiham edib.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, İstintaq Komitəsi silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir.

 

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və onlar məhkəmə tərəfindən nəzarətə götürülüb”, – məlumatda deyilir.

 

Digər şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır.

 

“İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarında iştirak edənlərin heç biri cinayət məsuliyyətindən yayınmasın”, – idarədən bildirilib.

Gununsesi.info