Dağlar arasından və meşədən yol salındı - FOTOLAR

  • By admin
  • 13 Oktyabr 2017 11:14

quba-yol_(4)

Qubada 5 istiqamətdə 36.4 kilometrlik yolda aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Azəravtoyol ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarında artıq son tamamlanma işləri görülür.

Adı çəkilən bütün yolların əksəriyyəti torpaq və qismən çınqıl örtüklü olub, eni isə cəmi 4-5 metr arası dəyişib. Bəzi hissələrdə isə ümumiyyətlə yol olmayıb. Bu səbəbdən bir neçə kilmetrlik hissədə dağların və meşələrin arası ilə yeni yollar salınıb. Layihə çərçivəsində yolun eni genişləndirilərək 10 metrə çatdırılıb, yeni yol əsası inşa edilib.

Yollar boyu 6 avtomobil körpüsü inşa edilib. Hər bir körpünün ümumi eni 9 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub.

 

 
Gununsesi.info