Dağlıq ərazidə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib

  • By admin
  • 02 Fevral 2018 08:45

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:30-da başa çatıb.

Gununsesi.info