” Dağlıq Qarabağ masada deyil, meydanda alınmalıdır” - Dövlət Bahçeli

  • By admin
  • 17 Oktyabr 2020 12:25

“Dağlıq Qarabağın işğal altında olan torpaqları terror dövləti olan Ermənistanın başına vura-vura alınmalıdır”.

Gununsesi.info bildirir ki, bu barədə Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Bahçeli Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində mülki şəxslərə qarşı terrorçu hücumlarına münasibət bildirərkən deyib.

“Çarə yoxdur, həll yolu qalmayıb. Dağlıq Qarabağ masada deyil, meydanda, terror dövləti Ermənistanın başına vura-vura alınmalıdır”, – deyə MHP lideri vurğulayıb.

Gununsesi.info