
İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu illə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
Gununsesi.info xəbər verir ki, bunu Trend-ə İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder deyib.
Səfir bildirib ki, münaqişə tərəfləri danışıqlar masasına əyləşməli və daha səmərəli sülh danışıqları aparmalıdır:
“Hər bir münaqişə qonşu ölkələrə, ümumilikdə bütün regiona mənfi təsir edir və bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də öz mənfi təsirini göstərməkdədir”.
Gununsesi.info