“Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün də ən böyük problemlərdən biridir” - ERKAN ÖZORAL

  • By admin
  • 15 Sentyabr 2017 17:30

trend_erkan_ozoral_ambassador_251016_06

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın problemi olduğu kimi, Türkiyə üçün də ən böyük problemlərdən biridir.

Gununsesi.info-nun məlumatına görə, bunu Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 99-cu ildönümünə həsr olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman qardaş, dost ölkələr olublar: “Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək”.

“TurAz Qartalı – 2017” Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə toxunan diplomat vurğulayıb: “Bu təlimlər bir daha göstərir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı hərbi sahədə də inkişaf edir və ən yüksək səviyyədədir”.

Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 99-cu ildönümündən də danışan E.Özoral bildirib ki, bu gün Azərbaycanın hər bir yerində türk şəhidlərin qəbirlərinə rast gəlmək olar:

“Qəbirlərin bu günə qədər qalması Azərbaycan xalqının sayəsində mümkün olub. Hətta sovet dönəmində azərbaycanlılar bu məzarları öz qohumlarının, qardaşlarının qəbri kimi qoruyub saxlayıblar”.

Gununsesi.info