“Dağlıq Qarabağ münaqişəsinin KTMT-yə aidiyyəti yoxdur” - QAZAXISTANIN ERMƏNİSTANDAKI SƏFİRİ

  • By admin
  • 14 İyul 2017 12:00

563241

“Dağlıq Qarabağ münaqişəsinin Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aidiyyəti yoxdur və beynəlxalq hüquqa uyğun olaraq danışıqlar yolu ilə həll edilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu “Sputnik” agentliyinə müsahibəsində Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev deyib.

O qeyd edib: “Qazaxıstanın mövqeyi belədir: biz Dağlıq Qarabağı qeyd edilən təşkilatla əlaqələndirmirik, çünki bu, regional münaqişədir və beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir”.

Səfir əlavə edib ki, Qazaxıstan hər zaman münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub.

Gununsesi.info