Dağlıq Qarabağ və Laçın rayonunun bir hissəsinin müvəqqəti nizamlama qaydaları haqqında” Qanun qəbul edilməlidir - FUAD AĞAYEV

  • By admin
  • 17 Noyabr 2020 14:46

””Sülhməramlıları”nın nəzarətində olan ərazini Rusiyanın ümidinə buraxmaq olmaz. Milli Məclis “Dağlıq Qarabağ və Laçın rayonunun bir hissəsinin müvəqqəti nizamlama qaydaları haqqında” Qanun qəbul etməlidir”.

Gununsesi.info bildirir ki, bunu məşhur vəkil Fuad Ağayev söyləyib.

Onun sözlərinə görə,Kəlbəcər, Ağdam və Laçın bizə qaytarılandan sonra hələ tam nəzarətimizdə olmayan ərazilərimizdə həm “sülhməramlıların”, həm yerli əhalinin davranış qaydalarını Kreml diqtə etməli deyil, biz müəyyənləşdirməliyik:

“İlk növbədə Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonuna olan sərhəd məntəqəsində Azərbaycan sərhədçiləri oturmalı, ərazimizə daxil olanlara qanunlarımıza müvafiq şəkildə nəzarəti həyata keçirməlidirlər. Eynilə orada gömrük məntəqəmiz yaradılmalı, fəaliyyət göstərməlidir. Həmçinin, Azərbaycan polisi və DTX-sının da normal işləməsi üçün şərait yaradılmalıdır. Əks təqdirdə, həmin əraziyə külli miqdarda silah-sursat, hərbi texnika da göndəriləcək, terrorçular da.
Bundan başqa, qanunda ərazinin silahsızlaşdırılması da nəzərdə tutulmalı, yaxın beş ildə bütün odlu silahlarının (daha ciddi silah növləri ilə bərabər) olması qadağan edilməlidir. Ərazidə qalmaqda olan silahlı dəstələr, onların üzvləri ilə bağlı vəziyyət də tam nizamlanmalıdır.
Layihənin hazırlanması ilə bağlı hər cür kömək edə bilərəm”.

 

Gununsesi.info