“Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də var” - ATƏT sədri

  • By admin
  • 05 Dekabr 2019 14:58

“ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır”.

Gununsesi.org  report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında bu təşkilatın hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak bildirib.

O deyib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi gerçək olaraq qalır.

Gununsesi.org