“Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var” – Almaniyanın XİN rəhbəri

  • By admin
  • 26 Yanvar 2021 22:29

“Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Almaniyanın Xarici İşlər naziri Hayko Maas ölkəsinin Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində AŞPA-nın qış sessiyasındakı çıxışında deyib.

O bildirib ki, Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində prosesə öz töhfəsini verməyə, məsələnin həll yolu tapılmasına kömək etməyə hazırdır.

“Biz ATƏT-in Minsk qrupu və Şərq Tərəfdaşlığı kontekstində Aİ tərəfdaşlarımızla hər iki ölkənin razılılığa gələ bilməsi ümidi ilə işbirliyimizi davam etdiririk”, – deyə H.Maas bildirib.

“Sülhün əldə edilməsindən sonra da hər iki ölkənin üzləşdiyi çətinliklər olub. Prosesdə hər hansı bir irəliləyiş iki ölkənin bir-biri ilə dialoqa girmək üçün göstərəcəyi iradədən asılı olacaq və biz bu prosesi əlbəttə ki, dəstəkləyirik. Bilirik ki, proses hər iki ölkədə və regionda stabilliyə öz təsirini göstərir”.  /Yenisabah.az/

 

Gununsesi.info