“Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi siqnallar var” - İbrahim Kalın

  • By admin
  • 15 Avqust 2016 09:00
ibrahim
“Bu gün Ermənistanın Azərbaycanın işğal etdikləri torpaqları azad edilməsi istiqamətində ciddi siqnallar var. Belə bir hadisə baş verərsə, bölgədə ciddi müsbət hadisələr baş verə bilər. Əgər Ermənistan belə bir addım atarsa, o zaman Ankara-Bakı-İrəvan arasında bütün sahələrdə əlaqələr normala doğru gedər”.
Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “AHaber”-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması öz ardınca bölgədə yeni əməkdaşlıq mühitinin formalaşdırılmasına yol açır. “Belə bir addımın ardınca Cənubi Qafqazda yenilayihələrin reallaşdırlmasına yol açacaq, xüsusən də iqtisadi və təhlükəsizlik sahəsində”-deyə, İ.Kalın əlavə edib.
O deyib ki, bölgə ölkələri qarşısında  həllini gözləyən çoxlu məsələlər var və onlar həll edilməlidir: “Ona görə də, bir daha təkrar edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli daha çox  Ermənistanın özünə xeyir gətirəcək. Ancaq bu işğalçılıq siyasəti və diasporanın təsiri altında Ermənistan özünü izolyasiya altında saxlayır. O baxımdan İrəvana bu məsələyə geniş yanaşması vacibdir.Çünki ortamüddətli perspektivdə İrəvan bundan udacağının şahidi olacaq. Bundan ermənilərlə yanaşı azərbaycanlılar da udacaq”.
İ.Kalın hesab edir ki, İrəvanın belə bir addım atmasına  Ankara-Bakı-Moskva üçtərəfli əməkdaşlıq formatının müstəsna rolu ola bilər: “Və artıq belə bir üçtərəfli əməkdaşlıq formatının yaradılması istiqamətində işlər gedir. Artıq tərəflər buna öz  razılığını verib və Ördoğan-Putin görüşməsindən sonra üçtərəfli əməkdaşlıq formatının yaradılması üçün real addımlar atılmaqdadır”.
Mürtəza
Gununsesi.info