Dağlıq Qarabağın müstəqilliyini tanımırıq - XİN

  • By admin
  • 09 Noyabr 2016 19:01

fransa-xin

“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən APA-nın Avropa bürosunun Dağlıq Qarabağ separatçılarının “DQR”in adını dəyişdirmək niyyəti ilə bağlı sualına cavabında bildirilib.

“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi çərçivəsində bu münaqişənin siyasi və davamlı həll yolunun tapılması istiqamətində birgə səylərimizi davam etdiririk” – deyə, Fransa XİN-in mətbuat katibliyinin keçirdiyi ənənəvi onlayn mətbuat konfransında qeyd olunub.

Gununsesi.info