Dağlıq Qarabağın separatçı rejimi özünə yeni “rəhbər” seçir

  • By admin
  • 19 İyul 2017 13:00

1349850123_opppi

Bu gün Xankəndində separatçı rejim Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən parlament  separatçı rejimə yeni rəhbər seçilməsi məsələsini müzakirə edərək, qərar verəcək.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, separatçı rejimin fevralın 20-də keçirdiyi “referenduma” edilən dəyişikliklərə uyğun olaraq keçid dövrü üçün müvəqqəti olaraq özlərinə rəhbər seçəcəklər.

“Referenduma” edilən dəyişikliyə əsasən həm “parlamentin”, həm “prezidentin” səlahiyyət müddəti 2020-ci ilədək uzadılacaq. “Parlament” bu gün separatçı rejimə 2020-ci ilədək müvəqqəti “prezident” səlahiyyətlərini icra edəcək şəxsi müəyyən edəcək.

Separatçı rejimə iki şəxs namizədliyini irəli sürüb. Bunlardan biri hazırkı Bako Saakyan, ikincisi isə “Hərəkat-88”in deputatı Eduard Aqabekyandır. Bako Saakyanın şansının böyük olduğu və onun yenidən separatçı rejimin “rəhbəri” seçiləcəyi gözlənilir.

Gununsesi.info