“Dağlıq Qarabağla bağlı hər hansı biznesin qurulması ərazi bütövlüyümüzə hörmətsizlikdir” - ƏLİMƏMMƏD NURİYEV

  • By admin
  • 27 Noyabr 2017 22:32

Əliməmməd Nuriyev: “Bu, silahlı münaqişədən də ağır nəticələrə səbəb ola bilər”.

Qondarma Dağlıq Qarabağ “Respublikası”nın bir qrup rəssamı Gürcüstanın paytaxtı Tiflisdə rəsm sərgisi keçirib. Hansı ki, bu olay Azərbaycan tərəfinin haqlı narazılığına səbəb oub.

Maraqlıdır, bu kimi məsələlər beynəlxalq hüquqla tənzimlənirmi? Yoxsa bu cür hallar yalnız ikitərəfli münasibətlərə istinadən həll olunur?

Gununsesi.info xəbər verir ki, moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bəziləri buna fərdi, özəl bir şey kimi baxır. Beynəlxalq hüququn prinsiplərindən irəli gələn mexanizmlər var. Suverenliyə hörmət prinsipi var. Hər bir dövlətin ərazi bütövlüyünə hörmət prinsipi mövcuddur. BMT-ə üzv olan dövlətlər bu prinsiplərə sadiqliklərini bəyan ediblər.

Digər tərəfdən, çoxsaylı müqavlələr mövcuddur. Ölkənin daxili qanunvericiliyinin özü də digər ölkənin suverenliyin hörməti tələb edir.

Bu günlərdə Avropa İttifaqı üzv dövlətlərin bütün şirkətlərinə göstəriş verdi ki, Dağlıq Qarabağla hər hansı biznes qurmasın. Çünki ərazi bütövlüyünə hörmət məsələsi var. Bu, eyni zamanda dövlətimizin apardığı məqsədyönnlü siyasətin nəticəsidir ki, buna nail olundu.

Gürcüstan tərəfi öz ərazisində separatçı rejimlərin olduğunu nəzərə almalıdır və separatçılığın təbliğinə, təşviqinə yönəlmiş hallara daha kəskin reaksiya verməlidir. Əslində bu, separatizmin təşviqinə dəstək kimi də qiymətləndirilə bilər. Azərbycan tərəfi haqlı olaraq öz narahatlığını Gürcüstana bildirib və üstəlik XİN bir nota da təqdim etməlidir ki, gələcəkdə belə hadisələrə yol verilməsin. Əks halda bu, Gürcüstanın özü üçün xoş olmayan hallara gətirib çıxarda bilər.

Ən yaxşı təpgi ikitərəfli əlaqələr əsnasında tənzimlənməlidir. Gələcəkdə Azərbaycanla Gürcüstan arsında separatizmin təşviqinin qarşısının alınması ilə bağlı da dövlətlərarası müqaviləyə xüsusi bir bənd salına bilər və salınmalıdır.

Azərbaycan Abxaziya və Cənubi Osetiyada keçirilən seçkiləri daim tanımadığını bildirir. Bu, Gürcüstanın ərazi bütövlüyün hörmətlə bağlıdır.

Əgər hansısa separatizmin mədəni vasitələrlə təşviqi prosesi gedirsə, bu separtist qüvvələr, onların ideyasına dəstək deməkdir. Bu, bəlkə də birbaşa silahlı münaqişənin həyata keçirilməsindən də ağır nəticələr gətirib çıxarda bilən bir məsələdir. Buna qətiyyən yol vermək olmaz”.

Gununsesi.info