Daha 10 “ASAN Xidmət” mərkəzi yaradılacaq - PREZİDENT

  • By admin
  • 28 Dekabr 2016 15:36
asan-asan-xidmet
2018-ci ildə Azərbaycan ərazisində 10 “ASAN Xidmət” mərkəzi yaradılacaq.
Gununsesi.info  AZƏRTACA-a istinadən xəbər verir ki,bunu Azərbaycan prezidenti İham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, artıq “ASAN Xidmət” sistemiölkə ərazisindən geniş vüsət alıb. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq. “Biz bunu tədricən edəcəyik. İndi həm “ASAN xidmət”in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə – Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq”.
O, əlavə edib ki, bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq: “Ondan sonra bu proses daha da sürətlə gedəcək”.
Ölkə başçısı onu da deyib ki, 2016-cı ilin sonunda bu yeni mərkəzi ziyarət edərkən bir daha görürəm ki, bizim təşəbbüslərimiz bu gün reallığa çevrilir, siyasətimiz konkret işlərdə özünü göstərir: “Bu, belə də olmalıdır. Düzgün göstərişlər verilib, ancaq gərək yerlərdə də onlar icra edilsin. Mən bu mərkəzlərin, – 11 mərkəzin, bu, 12-cisidir, – hamısının açılışında olmuşam. Mən bu açılışlara gəlməyimlə bu hərəkata bir daha öz dəstəyimi göstərirəm və sizin fəaliyyətinizə yüksək qiymətimi ifadə edirəm”.
Gununsesi.info