Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya Dövlət Baş Prokurorluğu çevriliş cəhdlərindən sonra FETÖ ilə bağlı istintaq tədbirlərinə başlayıb. Əməliyyatlar nəticəsində bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılan 37 tibb işçisi barəsində nəzarətdə saxlama qərarı verilib. Noyabrın 11-də paralel şəkildə həyata keçirilən əməliyyatlarda qadınlar da daxil olmaqla 29 nəfər nəzarətə götürülmüşdü. Onların terror təşkilatına aid “ByLock” adlı xəbərləşmə proqramından istifadə etdikləri iddia olunur. Nəzarətə götürülənlərdən 14-ü məhkəmə hökmü ilə həbs olunub. Digər 15-i isə nəzarət altında sərbəst buraxılıb.
Gununsesi.info