
“Moskva Rusiya ərazisində fəaliyyət göstərən amerikalı diplomatların sayını daha 155 nəfər azaltmaq hüququna malikdir. Amma hələlik bizim bunu etmək niyyətimiz yoxdur”.
Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla RF prezideti Vladimir Putin çıxış edib. RİA-Novostinin verdiyi xəbərə görə, V.Putin deyibki, əgər bir tam paritetdən danışırqsa, o zaman ABŞ-ın Moskvada 455 diplomatı yox, bundan 155 nəfər az olmalıdır.
“Odur ki, biz bu hüququ özümüzdə saxlayırıq. Hələlik azaltmırıq. Gözləyirik vəziyyət necə inkişaf edəcək”- deyə, Putin bildirib.
Gununsesi.info