Daha 16 nəfər müharibə iştirakçısı polis orqanlarına seçilib

  • By Admin2
  • 20 Mart 2025 10:30

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün polis orqanlarında xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev paylaşıb.

“Sıra baxışında 184 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16 nəfəri Vətən müharibəsinin iştirakçısı olub”,- deyə Elşad Hacıyev bildirib.

 

Gununsesi.info