Daha 175 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə olunacaq

  • By admin
  • 22 İyul 2020 10:26

Gürcüstandan daha 175 Azərbaycan vətəndaşının təxliyəsi prosesinə başlanılıb.

Gununsesiaz.info xəbər verir ki, vətəndaşların Tbilisidə koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ olub. 

Təxliyə olunan şəxslərə onlarda COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib. 

Hazırda vətəndaşlar Azərbaycanın Gürcüstan səfirliyinin binası önünə toplaşır. Onlar saat 10:00-da 4 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Ölkə ərasisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 300-dən çox vətəndaşının Gürcüstandan Vətənə çatdırılmasını təmin edib.

Gununsesiaz.info