Daha 2 min 503 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılır

  • By admin
  • 01 Sentyabr 2016 14:47

derman

Bu gündən dövlət qeydiyyatına alınmış daha 2 min 503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, bununla da artıq dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9 min 850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.

Beləliklə, 2016-cı il sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.

Dərman vasitələrinin tənzimlənmiş qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

Gununsesi.info