Daha 2 şirkət ləğv olundu - AZƏRBAYCANDA

  • By admin
  • 28 Sentyabr 2016 11:20

elit

Azərbaycanda fəaliyyət göstərən 2 şirkət ləğv olunub.

Vergilər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, onlardan biri “Məmməd-H” kiçik müəssisəsi, digəri isə “Elit” MMC-dir.

Həmin şirkətlər kreditorlara müraciət edərək öz tələblərini müvafiq ünvanlardakı komissiyalara bildirməyi tövsiyə ediblər. Bunun üçün vaxt məhdudiyyəti qoyulmayıb.

“Elit” MMC-nin kreditorları öz tələbləri ni Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.

“Məmməd-H” Kiçik Müəssisəsinin kreditorları isə Bakıxanov qəsəbəsi, 949-cu keçid ünvanına müraciət edə bilərlər.

Gununsesi.info