Daha 3 plastik cərrahın fəaliyyətinə icazə veridli

  • Müəllif: Firuzə
  • 18 Fevral 2026 10:51

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı artırılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, siyahıya daha 3 plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssis əlavə olunub.

Siyahıya Rauf Əşrəf oğlu Əşrəfov, Aytac Məhəmməd qızı Ağayeva, Nərmin Beydadaş qızı Babazadə əlavə olunub.

Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.

Gununsesi.info