“Növbəti illərdə “ASAN xidmət” mərkəzlərinin sayı artacaq”.
Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
O bildirib ki, bu il ərzində Masallıda 11-ci “ASAN Xidmət” Mərkəzinin açılışı olacaq. İ.Kərimovun sözlərinə görə, növbəti iki il ərzində Şəkidə və Qubada “ASAN xidmət” mərkəzlərinin yaradılması da planlaşdırılır.
Gununsesi.info