Daha 3 xarici şirkət Azərbaycanı tərk edir - SİYAHI

  • By admin
  • 07 Sentyabr 2016 10:50

sirket

Azərbaycanda fəaliyyət göstərən daha 3 xarici şirkətin nümayəndəliyi ləğv olunduğunu elan edib.

Vergilər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, həmin şirkətlərin kreditorları öz tələblərini müvafiq ünvanlara bildirə bilərlər.

Bağlayan şirkətlər bunlardır:

 “China Geo-Engineering Corporation İnternational” MMC

“Cedberi CIS B.V.”

“Elit” MMC

Türk şirkəti olan  “Elit” MMC –nin kreditorları  tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.

“China Geo-Engineering Corporation İnternational” MMC-nin kreditorları isə tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

Böyük Britaniyaya məxsus “Cedberi CIS B.V.” şirkəti isə  kreditorlarına  2 ay ərzində vaxt verib. Onlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, “Port Baku Towers” Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Gununsesi.info