Daha 6 gəmi Ukrayna limanlarını tərk edib

  • By admin
  • 03 Noyabr 2022 14:00

“Taxıl müqaviləsinin bərpasından sonra 6 taxıl gəmisi Ukrayna limanlarını tərk edib”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Beləliklə, limanları tərk edən gəmilərin sayı 426, daşınan taxılın miqdarı isə 9,7 milyon tonu ötüb.

Bundan əvvəl Rusiya MN Moskvanın taxıl sazişində iştirakını bərpa etdiyini təsdiqləyib.

Nazirlikdən verilən məlumata görə, Kiyev taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə edilməyəcəyinə yazılı zəmanət verib.

Gununsesi.info