Daha 6 marşrut xətti kart sisteminə keçir - SİYAHI

  • By admin
  • 15 Avqust 2016 11:26
maasue
Sentyabrın 1-dən etibarən daha  altı marşrutda kart sistemi tətbiq olunacaq.
Bakı Nəqliyyat Agentliyindən Gununsesi.info-ya verilən məlumata görə, “Baku Bus” avtobuslarının ardından Bakıda fəaliyyət göstərən daha altı maşurut xəttində kart sisteminin tətbiqinə başlanılacaq.  Yəni sərnişinlər Baku Bus avtobuslarında olduğu kimi “Bakı kart” vasitəsi ilə ödəniş etməklə avtobuslara minə biləcəklər. Bunun üçün artıq 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrut xətlərinindəki avtobuslara yeni cihazlarda quraşdırılıb.
Avtobusların içində vurulan elanlar vasitəsi ilə isə Sentyabrın 1-dən etiabrən nağd ödənişin qəbul edilməyəcəyi barədədə sərnişinlərə məlumat verilib.
Agentlikdən verilən  xəbərə görə, paytaxt daxili hərəkət edən bəzi maşurut avtobuslarında isə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kameralar quraşdırılıb.
Agentlikdən o da bildirilib ki, Nəqliyyat İnkişaf Konsepsiyasına əsasən ilin sonuna kimi şəhər daxili əksər maşurut avtobuslarında kart sisteminin tətbiqi, kameraların quraşdırılamsı və digər zəruri yeniliklərin edilməsi üçün sahibkarla mütəmadi olaraq iş aparılır.
Mürtəza
Gununsesi.info