Daha 7 mindən çox dövlət qulluqçusu işdən çıxarıldı - TÜRKİYƏDƏ

  • By admin
  • 15 İyul 2017 08:39

turkiye-bay

Qanun Hökmündə Qərarnaməyə (QHQ) əsasən, Türkiyədə ötən ilki çevriliş cəhdi ilə əlaqədar daha 7 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb.

Gununsesi.info-nun  “Resmi Gazete”yə istinadən verdiyi xəbərə görə, hökumətin qərarı -QHQ ilə işdən azad edilənlərdən 2303 polis əməkdaşı, 546 hərbi qulluqçu, 302  təhsil sistemi işçisi, 3 mindən çoxu isə müxtəlif nazirliklərin işçiləridir.

Ümumilikdə 7348 nəfər işdən azad olunub.

Xatırladaq ki, 2016-cı il, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib.

Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb.

KAMİL

Gununsesi.info