
Srebrenitsa soyqırımı zamanı qətlə yetirilən müsəlman bosniyalılardan daha 71-i-nin cəsədi 22 sonra Srebrenitsa soyqırımı məzarlığında dəfn edilib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, həmin şəxslərin kimliyi 22 il sonra sümük iliyinin analizindən müəyyənləşdirilib.
Onlardan ən kiçiyinin 15 yaşı, ən böyüyünün 72 yaşı var.
Qeyd edək ki, 1995-ci ilin iyul ayın 11-13-ü arası serblər tərəfindən 9 minə yaxın müsəlman bosniyalı qətlə yetirilib.
Həmin qanlı qətliam isə dünya tarxixinə Srebrenitsa soyqırımı kimi düşüb və dünya tərəfindən soyqırımı aktı kimi tanınıb.
KAMİL
Gununsesi.info