Daha 750 milyon dollar borcun altına girdik - "Azərişıq"a görə

  • By admin
  • 12 İyul 2016 10:45

azerisiq

 

AİB “Azərişıq” ASC-yə 750 mln ABŞ dolları məbləğində kredit ayıracaq. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın elektrik enerjisinin paylaşdırılması sisteminin daha da inkişaf etdirilməsi üçün təklif olunan investisiya proqramı üzrə “Azərişıq” ASC-yə 750 milyon ABŞ dolları məbləğində çoxtranşlı kreditin ayrılmasını təsdiqləyib. Gununsesi.info bankın saytına istinadla xəbər verir ki, həmin vəsait hesabına görülən işlər nəticəsində 1,4 milyondan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq. Kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. İlk tranşın məbləği 250 milyon dollardır.

 

Gununsesi.info