Daha bir “Əl-Qaidə” lideri öldürülüb

  • By admin
  • 14 Yanvar 2017 12:22

elqaide

Yanvarın 8-də Əl Bayda şəhərinə ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki nüfuzlu liderlərindən birini Abdülgani Əl-Rasas məhv edilib.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

Onun sözlərinə görə, Abdülgani Əl-Rasasinin ölümündən sonra “Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki fəaliyyəti zəyifləyəcək.

Qeyd edək ki, “Əl-Qaidə” terror təşkilatları Yəməndə yaranmış böhrandan istifadə edərək, ölkənin cənub rayonlarına tez-tez hücum edir.

Anar

Gununsesi.info