Daha bir əsgərimiz minaya düşərək şəhid oldu – FOTO

  • By admin
  • 21 Yanvar 2021 21:53

 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cavadov Rəşad Fərzəli oğlu minaya düşərək şəhid olub.

Gununsesi.info xəbər verir ki, şəhid olan əsgərimiz Qusarın Hil kəndindəndir.

Cavadov Rəşad Prezident İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunması” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdi.

Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Gununsesi.info