Daha bir əsgərimiz şəhid oldu

  • By admin
  • 05 İyul 2016 15:55

sehid

 

Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində Azərbaycan əsgəri şəhid olub. Gununsesi.info Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Belə ki, bu gün saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz, əsgər Vüsal Əmir oğlu Əliyev şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

 

Gülnaz Qənbərli