
Əfqanıstanın Hilmend əyalətində Taliban döyüşçüləri ilə atışmada bir ABŞ əsgəri öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Cef Devis məlumat verib.
O bildirib ki, ölən hərbçi Alyaskada doğulmuş 19 yaşlı Hansen B. Krikpatrikdir.
Pentaqon rəsmisi olayda 2 hərbçinin də yaralandığını əlavə edib.
Qeyd edək ki, son zamanlar Əfqanıstanda bu və ya digər səbəbdən xeyli ABŞ hərbçisi həlak olub.
Gununsesi.info