
Daha bir AKP-li millət vəkili “İraq Kürdüstanı”- Məsud Bərzani yönətiminin bu ilin sentyabr ayının 25-də keçirməyə hazırlaşdığı müstəqillik referendumuna dəstək verib.
Gununsesi.info-nun xəbərinə görə, bu, AKP Ərdahan millət vəkili Orhan Atalaydır.
O, AKP-lillərin böyük əksəriyyətindən, ən əsası, genəl başqan və cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğandan fərqli olaraq, “İraq Kürdüstanı”nın referendum istəyinə mübət yanaşıb və kimsənin də buna qarışmağa haqqı olmadığını iddia edib.
Atalay eyni zamanda idddia edib ki, İraq kürdləri bu məsələdə kimdənsə razılıq almamalıdırlar, bu, onların qərarıdır.
Qeyd edək ki, bundan öncə AKP-li millət vəkili Qalib Ensarioğlu da Bərzani yönətiminin referendum qərarına dəstək verən açıqlama ilə çıxış etmiş və böyuk təpkilərlə qarşılaşmışdı.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info