Fəaliyyəti qadağan edilən ANS televiziyasının əməkdaşları artıq özləri üçün yeni iş yerləri tapır. Son günlər ANS-in bir sıra isimləri başqa telekanallarda işləməyə başlayıb. Gununsesi.info-nun xəbərinə görə, bağlanan TV-nin daha bir əməkdaşı-İlkin Həsənli “Region” TV-də işə başlayıb.
Saytımızın sorğusuna cavabında sabiq ANS-çi xəbəri təsdiqləyib. Bununla belə o deyib ki, ANS-ni hələ bağlanmazdan öncə tərk edib.