“ATV aktual” verilişinin aparıcısı, tanınmış telejurnalist Ariz Tarverdiyev uzun müddətdir çalışdığı ATV kanalından ayırılıb.
Gununsesi.org bizimyol.info-ya istinadən xəbər verir ki, aparıcının televiziyadan ayırılmasına səbəb yeni iş təklifi olub və aparıcı bugünlərdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bir neçə gün öncə televiziya kanalının icraçı direktoru Vahid Səmədov da öz ərizəsilə vəzifəsindən azad edilmişdi.