
Bolqarıstanda iki şəhərin meriyaları ictimai yerdə qadınların burka, niqab, çarşab və hicabda dolaşmalarını yasaqlayacaq qərarlar verməyə hazırlaşırlar.
Gununsesi.info milli.az-aistinadən bildirir ki, Pazarcik şəhərinin meri Todor Popovun dediyinə görə, şəhərdəki dövlət və bələdiyyə qurumlarında burkalı qadınların olması qadağan edilməlidir.
Yasağı ilk dəfə pozanları 500 avro, təkrar pozanları isə 1000 avro məbləğində cərimə gözləyir.
Plovdiv şəhərində də analoji yasağın tətbiq olunması gözlənilir. Plovdiv meriyasının qərarına görə, dövlət və bələdiyyə qurumlarında burka, niqab, çarşab və hicabda olanlar 400 avro məbləğində cərimələnəcəklər.
Bolqarıstanda analoji yasaq ilk dəfə Stara Zaqora şəhərində tətbiq olunub.
Gununsesi.info