Daha bir avtobus marşrutu xətti bu şirkətə verildi

Bu barədə Gununsesi.info AYN-ya istinadən xəbər verir.

Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 170 nömrəli marşrut xətti üzrə 15 avtobus 8 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Məlumata görə, ictimai nəqliyyat sahəsində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.