“Turan Tovuz”la futbolçusu Sertan Taşkın arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 və əsas millisində çıxış etmiş 26 yaşlı müdafiəçi karyerasını Tükiyənin 1-ci liqasında çıxış edən “Manisa” klubunda davam etdirəcək.
Qeyd edək ki, Sertan Taşkın “Turan Tovuz”a mövsümün əvvəlində “Zirə”dən transfer olunmuşdu.
Gununsesi.info