Daha bir azərbaycanlı Ukraynada HƏLAK OLDU

  • By admin
  • 09 Aprel 2022 09:07

Donbas müharibəsinin veteranı Rafael Ağayev Mariupolda şəhərin rus ordusunun işğalından müdafiəsi zamanı həlak olub. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Obozrevatel” məlumat yayıb.

Bildirilib ki, o, Ukrayna Dəniz Piyadaları Korpusunun tərkibində döyüş tapşırıqlarını yerinə yetirərək şəhid olub.

İtki barədə onun dostu, Donbassdakı müharibə veteranı Leonid Ostaltsev məlumat verib.

Ostaltsev yazır: “Rafael Ağayev Mariupolda Ukraynanın Dəniz Piyadaları Korpusunun öz bölməsinin tərkibində şəhərin müdafiəsi üçün döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olub”.

O bildirib ki, vaxtilə ona pizza bişirməyi Ağayev öyrədib və bundan sonra həyatı dəyişib.

O qeyd edib ki , ilk “Pizza Veterano” açılanda Ağayev orada olub. Ona kömək edib, dəstək olub, göstəriş verib.

Gununsesi.info