Daha bir azərbaycanlı futbolçu Türkiyə çempionatında oynayacaq

  • By admin
  • 28 May 2021 19:00

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə çempionatında çıxış edəcək.

Gununsesi.info-nun  xəbərinə görə, bu gün Azərbaycan Kubokunu qazandığı “Keşlə” klubundan ayrıldığını bildirən 25 yaşlı hücumçu qardaş ölkənin I divizionunda oynayacaq.

O, artıq bazar ertəsi Türkiyəyə yola düşəcək. Onun xidmətində maraqlı olan klublar “Keçiörəngücü”, “Menemen Bələdiyyəspor” və Super Liqadan düşmüş “Dənizlispor”dur.

Qeyd edək ki, hazırda Türkiyə I divizionunda Azərbaycandan yalnız Araz Abdullayev oynayır. O, “Boluspor”da çıxış edir.

Gununsesi.info