
Azərbaycan boksçusu Kamran Şahsuvarlı “Rio-2016” Yay Olimpiya Oyunlarının dördüncü günündə keçirdiyi ilk qarşılaşmasını qələbə ilə başa vurub.
Gununsesi.info xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/16 final mərhələsində çinli Minqqanq Cao ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən K.Şahsuvarlı səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.
Gununsesi.info