
Şərq puması Amerikanın yox olma təhlükəsində olan vəhşi heyvanlar siyahısından çıxarılaraq nəsli kəsilmiş heyvanlar siyahısına daxil edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Balıq resurslarının və vəhşi heyvanların mühafizə xidməti məlumat yayıb.
Qeyd edək ki, zooloqlar “Puma concolor” növünün nəslinin siyahıya daxil edilməmişdən daha öncə kəsildiyi deyilir. Alimlər bildirir ki, 1930-cu illərdən sonra bu heyvan növünün bir nümayəndəsini belə tapmaq mümkün olmayıb.
Daha çox ABŞ-ın şərq ştatlarının bataqlıq ətraflarında, dağlarında, meşələrində yaşayan bu canlının Kanada da yaşadığı məlumdur. Kanada bu məsələ ilə bağlı mövqeyini hələ bildirməyib.
Gununsesi.info